Mitsotakis: “Türkiyə-Yunanıstan münasibətləri yenidən müəyyən edilə bilər”backend

Mitsotakis: “Türkiyə-Yunanıstan münasibətləri yenidən müəyyən edilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan Dövlət Televiziyası ERT-ə danışan baş nazir Kiryakos Mitsotakis Türkiyə-Yunanıstan əlaqələri ilə bağlı qiymətləndirmələr edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, baş nazir çıxışında Türkiyədə baş verən zəlzələlərin böyüklüyünə də diqqət çəkib.

“Türkiyə və Suriya xalqlarının yanında olmaq bizim humanitar məsuliyyətimiz idi. İnsanları dağıntılar altından xilas etmək üçün ilk yardım göndərənlərdən olduq” .

Yunanıstanın Türkiyəyə dəstəyinin humanitar bir hərəkət olduğunu deyən Mitsotakis bu dəstəyin xarici siyasət məqsədləri olmadığını qeyd edib.

“Biz qonşu ölkələrik, problemlərimizi sülh yolu ilə həll etməyi öyrənməliyik. Müəyyən şəraitdə bu zəlzələ Yunanıstan və Türkiyə münasibətlərini yenidən müəyyənləşdirmək üçün bir fürsət ola bilər”.

//Safura Bənnayeva, Editor.az