Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin rəhbəri Mixael Rot may ayında xarici agentlər haqqında qanuna qarşı keçirilən etiraz aksiyalarında iştirak etməklə özünə inamı sarsıdıb və o,Tbilisiyə gözlənilən səfərində müxalifət qüvvələrinə yardım göstərəcək.
Editor.az bildirir ki, bu bəyanatla Gürcüstanın baş naziri İrakli Kobaxidze çıxış edib. “Bu adam ictimaiyyətin gözündə tamamilə nüfuzdan düşüb, o, inqilabi proseslərə qarışmağa cəhd edib və onun səfərinin müxalifət üçün nə qədər dəyərli olduğunu bilmirəm”, – İrakli Kobaxidze deyib.Qeyd edək ki,
Maykl Rot sentyabrın 16-18-də Tbilisidə səfərdə olacaq və bundan sonra onun İrəvana gedişi gözlənilir.
//Samir Qurbanov, Editor.az