Mixail Podolyak: Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı artıq başlayıbbackend

Mixail Podolyak: Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı artıq başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı artıq başlayıb. Hərbçilər ayrı-ayrı əməliyyatlarda iştirak edirlər.

Editor.az bildirir ki, bunu Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak” Rai 1” telekanalının efirində deyib. Onun sözlərinə görə, “Əks-hücum bir neçə gündür davam edir.

Bilirik cəbhə xətti sərhəd boyu 1,5 min kilometrə qədər uzanır. LBütün cəbhə boyu olmasa da, ayrı-ayrı əməliyyatlar artıq başlayıb”. Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski mayın 11-də Ukraynaya əks-hücuma hazırlaşmaq üçün bir az daha vaxt lazımdır demişdi. Mayın 23-də Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov əks-hücumun yaxın vaxtlarda başlayacağını bildirmişdi.

//Samir Qurbanov,Editor.az