Mixail Podolyok: Ukraynada 300 mindən çox rus həlak olub və ya yaralanıbbackend

Mixail Podolyok: Ukraynada 300 mindən çox rus həlak olub və ya yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə başlanandan Ukraynada 300 mindən çox rus həlak olub və ya yaralanıb

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak yanvarın 6-da “Kanal 24” telekanalına müsahibəsində bildirib: “Müharibə zamanı rəqəmlər və müharibənin belə yüksək intensivliyi – bu, çox mürəkkəb riyaziyyatdır və biz dəqiq deyə bilməyəcəyik – 110 min və ya 120 min (ölən rusların sayı)… Mənə elə gəlir ki, ölən və yaralanan işğalçıların sayı 300 mindən bir qədər çoxdur. Ancaq bu gün Rusiya o qədər əxlaqsız bir vəziyyətdədir ki, onun üçün 100, 200 və ya 500 min itkinin fərqi oxdur”, – Podolyak bildirib.

Lakin onun fikrincə, Ukraynaya qarşı müharibədə ölən rusların sayı Rusiya Federasiyasında iğtişaşlar üçün səbəb olmayacaq: “Rusiya daim ölü və ümidsiz bir ölkə kimi yaşayıb. Sən orada karyera qura bilməzsən, orada özünə aid bir növ şöhrət qazana bilməzsən, orada özünü dərk edə bilməzsən, orada ancaq içə bilərsən. Onlar heç nə yaratmırlar, ona görə də bir milyon insanı müharibəyə göndərər və onu itirə bilərlər. Bunun isə Rusiya üçün heç bir əhəmiyyəti yoxdur”, – Podolyak vurğulayıb.