Cənubi Qafqaz üzrə “3+3” regional məsləhət platforması tam hüquqlu təşkilata çevrilə bilər.
Editor.az xəbər verir ki, bun Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. Diplomatın sözlərinə görə, Rusiya Federasiyası bu istiqamətdə işləyir. Nazir müavini aydınlaşdırıb ki, Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin bütün istiqamətlərdə normallaşmasına kömək etməkdə davam edir. “Biz “3+3” regional əməkdaşlıq platformasına regiondakı bütün ölkələrin maraqlarının uyğunlaşdırılmasında mühüm yer ayırırıq”, – Mixail Qaluzin vurğulayıb.
//Samir Qurbanov, Editor.az