Mixail Qusmandan Azərbaycan ordusuna DƏSTƏKbackend

Mixail Qusmandan Azərbaycan ordusuna DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.

O, Fonda 50 min dollar vəsait köçürüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.