Mixail Saakaşvili 1-2 saatlıq olsa da, azad edilməsini istəyibbackend

Mixail Saakaşvili 1-2 saatlıq olsa da, azad edilməsini istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda cinayət cəzası çəkən keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri II İlyanın dəfn mərasimində iştirak etmək üçün fürsət istəyib.

Siyasətçi izah edib ki, bunun üçün o, bir neçə saatlıq həbsdən azad edilməlidir. Bəyanat həbsdə olan müxalifət liderinin adından vəkili tərəfindən yazılıb. Hələlik cavab alınmayıb.

Sənəddə Saakaşvili bu xahişi mərhum Katolikos-Patriarxın və ölkənin üçüncü prezidentinin dostu kimi etdiyini aydınlaşdırır.
Xatırladaq ki, II İlya xəstəxanaya yerləşdirilib və 17 martda vəfat edib. O, 93 yaşında idi. Dəfn mərasimi 22 mart tarixinə planlaşdırılıb.

//Samir Qurbanov, Editor.az