Mixail Saakaşvili əfv edilsə belə, həbsxananın divarlarını tərk edə bilməyəcəkbackend

Mixail Saakaşvili əfv edilsə belə, həbsxananın divarlarını tərk edə bilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ölkənin hazırkı prezidenti Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxananın divarlarını tərk edə bilməyəcək.

Çünki o, başqa cinayət işlərində də ittiham olunur.

Editor.az bildirir ki, bu barədə “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze deyib. “Mən bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır və prezidentin əfv olunması o baxımdan mənasını itirir ki, o, belə bir qərar versə də Saakaşvili azadlığa çıxa bilməyəcək. Çünki ona qarşı qaldırılmış digər mühüm işlərə baxılır”, – Kaxa Kaladze vurğulayıb.

//Samir Qurbanov, Editor.az