2021-ci il oktyabrın 1-dən həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkənin hazırkı prezidenti Salome Zurabişviliyə əfv barədə müraciət edib.
Editor.az xəbər verir ki, bununla da o, Qafqaz ölkəsinin üçüncü prezidentinin əfv olunması xahişi ilə prezident Zurabişviliyə “dəfələrlə müraciət edən” Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski də daxil olmaqla “bir çox dünya liderlərinin” xahişini yerinə yetirəcək.
“Bir qələmin gücü ilə atalarını uşaqlara qaytara və Gürcüstanda siyasi tarazlığı bərpa edə bilərsiniz”, – Mixail Saakaşvili qeyd edib. O, 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkilərində təmsil etdiyi Vahid Milli Hərəkat (UNM) partiyasının qələbəsinə toxunaraq, “gürcü xalqının gücünə inandığını və bu, onu qələbə çalmağa ruhlandırdığını” söyləyib.
Mixail Saakaşvili bildirib ki, həbsxanada olsa da, o, seçki kampaniyası zamanı partiyasının siyasi şurasına şəxsən rəhbərlik etmək niyyətindədir və dərhal UNM-nin gələcək seçki təşəbbüslərindən biri kimi hazırkı milli valyuta olan lari əvəzinə Gürcüstanda avroya tam keçidi yeganə vasitə kimi təklif edib.
Eyni zamanda, Saakaşvili Gürcüstanın Milli (mərkəzi) Bankının tamamilə ləğvini zəruri hesab edir, çünki “avroya keçiddən sonra ona ümumiyyətlə ehtiyac olmayacaq”.
//Samir Qurbanov, Editor.az