Mixail Saakaşvili Gürcüstan sakinlərinə müraciət edib: Birlik və hücum zamanıdırbackend

Mixail Saakaşvili Gürcüstan sakinlərinə müraciət edib: Birlik və hücum zamanıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın həbsdə olan sabiq lideri Mixail Saakaşvili xarici agentlər haqqında qanun layihəsinə baxılması fonunda Gürcüstan sakinlərinə müraciət edib.

O, sosial şəbəkədəki səhifəsində Gürcüstanda “birlik və hücum” vaxtının yetişdiyini bildirib: “Birlik və Hücum Zamanıdır!”, – Mixail Saakaşvili deyib. Ölkənin keçmiş lideri tərəfdarlarını bu qanun layihəsinin qəbuluna qarşı yönəlmiş aksiyalarda iştirak etməyə çağırıb. Saakaşvilinin sözlərinə görə, bu, “Gürcüstanın azadlığını, müstəqilliyini və Avropa gələcəyini qorumağa kömək edəcək.

Xatırladaq ki, bu gün ölkə parlamentində xarici agentlər haqqında qanun layihəsinin dinləmələri başlayıb. Qanunun əleyhdarları Tbilisinin mərkəzində etiraz aksiyaları təşkil ediblər.

//Samir Qurbanov, Editor.az