Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili müxalifəti genişmiqyaslı etiraz aksiyaları keçirməyə çağırıb.
Gürcüstanda keçirilən parlament seçkilərindən sonra siyasətçi Facebook sosial şəbəkəsindəki səhifəsində müraciət dərc edib. O, seçkilərin rəsmi nəticələri ilə razılaşmır, lakin deyir ki, indi başımıza “kül atıb” saxtakarlıqdan narahat olmağın vaxtı deyil: “İndi böyük etirazların vaxtıdır. Biz dünyaya azadlıq uğrunda mübarizə apardığımızı və ədalətsizliyə dözməyən insanlar olduğumuzu göstərməliyik. Vaxt itirməməliyik”.
Saakaşvili müxalifətin böyük qələbə qazandığını, lakin rəsmilərin nəticələri saxtalaşdırdığını deyir. “Seçkilərin nəticələrini qorumaq üçün müxalifət üçün birgə koordinasiya mərkəzinin yaradılması təcilidir, bu seçkilər gürcü xalqının əlindən alınıb, ona görə də biz davamlı aksiyalara və ictimai itaətsizliyə borcluyuq”.
//Samir Qurbanov, Editor.az