Mixail Saakaşvili siyasi məhbus deyil – Avropa İnsan Haqları Məhkəməsi (AİHM) qərar qəbul etdibackend

Mixail Saakaşvili siyasi məhbus deyil – Avropa İnsan Haqları Məhkəməsi (AİHM) qərar qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini siyasi məhbus kimi tanımayıb. Bu, məhkəmənin kommünikesindən irəli gəlir.

Sabiq dövlət başçısı 2005-ci ildə parlamentariyə hücum və bankir Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Daxili İşlər Nazirliyinin bir neçə yüksək rütbəli zabitinin əfv edilməsi işi üzrə hökmlərdən apellyasiya şikayəti verməyə çalışıb. “AİHM yekdilliklə Avropa İnsan Hüquqları Konvensiyasının 6(1) və 3-cü maddələrinin (ədalətli məhkəmə araşdırması və şahidləri dəvət etmək və dindirmək hüququ) pozulmadığını qərara alıb”.

Mixail Saakaşvili həmçinin hakimin müstəqil və qərəzsiz olmamasından, habelə məhkəmənin ona qarşı sübutlardan istifadə etməsindən şikayətlənib. Lakin məhkəmə səs çoxluğu ilə belə pozuntuların olmadığını qəbul edib. Bundan başqa, AİHM sabiq dövlət başçısının hüquq və azadlıqlarının məhdudlaşdırılması maddəsinin pozulması ilə bağlı şikayətlərini qəbuledilməz hesab edib.

//Samir Qurbanov, Editor.az