Mixail Saakaşvili: Ukraynada məğlubiyyətdən sonra Rusiya işğal etdiyi Gürcüstan torpaqlarından da çıxacaqbackend

Mixail Saakaşvili: Ukraynada məğlubiyyətdən sonra Rusiya işğal etdiyi Gürcüstan torpaqlarından da çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının işğal etdiyi Gürcüstan ərazilərinin azad edilməsi üçün hərbi hərəkətlərə ehtiyac olmaya bilər.

Editor.az bildirir ki, bu fikri Gürcüstanda həbsdə olan Ukrayna vətəndaşı, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili iyulun 22-də dərc olunmuş yazılı müsahibəsində bildirib. “Düşünürəm ki, Gürcüstanın hərbi əməliyyatlara ehtiyacı yoxdur.. Cənubi Osetiyada demək olar ki, əhali yoxdur, Abxaziya isə yarı boşdur.

Lakin müharibə davam edərkən, Gürcüstan həmişəkindən daha az qorunur”, – siyasətçi yazıb. O, hesab edir ki, Ukraynanın qələbəsi onun 1991-ci il sərhədlərinə çıxış və “Moskvada rejim dəyişikliyi” demək olacaq.

“Putin indi çox sarsılıb və Ukraynanın cəbhədə istənilən qələbəsi, yəni dənizə çıxış və ya Baxmutun geri qaytarılması onun sonunu tezləşdirəcək”, – Saakaşvili izah edib.

 //Samir Qurbanov, Editor.az