Yaxın vaxtlarda Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2008-ci ilin “beş günlük müharibəsi” ilə bağlı bir neçə epizod üzrə Cinayət Məcəlləsinin “dövlətə xəyanət” maddəsi ilə ittiham oluna bilər.
Editor.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün, avqustun 8-də Tbilisi yaxınlığındakı Muxatqverdi qəbiristanlığında 16 il əvvəl silahlı münaqişə zamanı həlak olmuş gürcü əsgərlərinin məzarlarını ziyarət edərkən bildirib.
Baş nazirin sözlərinə görə, 2008-ci il hadisələri ilə bağlı Mixail Saakaşviliyə, eləcə də onun “Vahid Milli Hərəkat” partiyasına (VHM) qarşı işin başlanmasının “hüquqi forması” fərqli ola bilər: deputatların prokurorluğa müraciəti, “beş günlük müharibə” hadisələrini araşdırmaq üçün parlament komissiyasının yaradılması, yaxud da konstitusiya məhkəməsi tərəfindən məsələyə “yaxud bütün bu formaların birlikdə baxılması” formasında.
Əsas odur ki, o zaman Mixail Saakaşvilinin və onun partiyasının törətdiyi cinayət sona qədər araşdırılsın”, – deyə İrakli Kobaxidze yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az