Mixail Sakaşvili: “Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir”backend

Mixail Sakaşvili: “Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir.

Bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin kəskinləşməsinə münasibət bildirərkən bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı hərbi toqquşmalar bölgədə xalqların  dincliyinə və rifahına biganə olmayanların hamısını narahat edir. Bu səbəbdən bölgədə vəziyyətin gərginləşməsini və insan tələfatını böyük ağrı ilə izləyir.

“Mənim mövqeyim aydındır, ərazi bütövlüyü prisipinə əsaslanır. Buna görə Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey bunu dəyişdirməyəcək”, – deyə o vurğulayıb.

Gürcüstanın sabiq prezidenti bildirib ki, yurd-yuvalarından çıxarılan hər bir şəxsin evlərinə qayıtma hüququ var.

“Gürcüstan üç Qafqaz dövlətinin  dost münasibətlərində maraqlıdır”, – deyə M.Saakaşvili vurğulayıb.