Mixail Şermet rəsmi Kiyevə Ukraynanın Rusiyanın tərkibinə daxil olması üçün plan hazırlamağı təklif edibbackend

Mixail Şermet rəsmi Kiyevə Ukraynanın Rusiyanın tərkibinə daxil olması üçün plan hazırlamağı təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Dumasının Krım vilayətindən olan deputatı Mixail Şeremet Ukrayna hakimiyyətinin Krımı qaytarmaq niyyətlərini tam cəfəngiyyat adlandırıb və əvəzində Kiyevə Rusiyayanın tərkibinə daxil olmaqla bağlı plan hazırlamağı təklif edib.

Editor.az bildirir ki, o, bu barədə RİA Novosti-yə müsahibəsində bildirib: “Kiyev siyasətçiləri öz hərbi planları ilə Krımı qorxutmaq və şantaj etmək üçün bir-biri ilə rəqabət aparmağa davam edirlər. Amma bu cəfəngiyyatın reallıqla heç bir əlaqəsi yoxdur.

Onlar çoxdan Kiyevin Rusiya Federasiyasının tərkibinə daxil olması planını hazırlamağa başlamalı idilər. Mən bu palanın hazırlanmasında onlara kömək etməyə hazıram”, – deyə Şeremet bildirib. O qeyd edib ki, Krıma ən kiçik qəsd cəhdləri belə indiki Kiyev rejimi üçün indiyə qədər görmədikləri fəlakətə çevriləcək. Onun sözlərinə görə, “Kiyev rejiminin Ukraynaya və Ukrayna xalqına zülm etmək üçün çox vaxtı yoxdur”.

  //Samir Qurbanov, Editor.az