MKİ rəhbəri: “Putin nüvə silahından istifadə edə bilər”backend

MKİ rəhbəri: “Putin nüvə silahından istifadə edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns Rusiyanın Ukraynaya müdaxiləsinin rəsmi Kremlin istədiyi kimi getmədiyini bildirib.

Editor.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, Börns Rusiya prezidenti Vladimir Putinin Ukraynada nüvə silahından istifadə edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Əlbəttə, biz çox narahatıq. Mən bilirəm ki, prezident Co Bayden də çox narahatdır, nüvə münaqişəsi və üçüncü dünya müharibəsinin mümkünlüyündən qaçmağa çalışır. Rusiyanın əlində bir neçə kiloton partlama gücü malik top, təyyarə və ya qısa mənzilli raketlərlə atılacaq 2000-ə yaxın taktiki nüvə silahının olduğu düşünülür”,- Börns deyib.

//Gülnarə Abasova, Editor.az