MMA döyüşçüsü bacısı ilə bərabər ağır qəzaya düşüb: Bir nəfər ölüb – FOTObackend

MMA döyüşçüsü bacısı ilə bərabər ağır qəzaya düşüb: Bir nəfər ölüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyalı kikboksçu, qarışıq döyüş növləri üzrə tanınmış idmançılardan biri olan Robin Van Ruusmalen və bacısı ağır qəzaya düşüblər.

Bu barədə “MMA Fighting” məlumat yayıb.

Bildirilir ki, yük maşını 31 yaşlı idmançı və onun bacısının olduğu avtomobilə çırpılıb.

İdmançının bacısı aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.

İdmançının özü barədə məlumat verilmir.

Yük maşınının sürücüsü polis tərəfindən saxlanılıb.