MN: “Polonez” və “LORA” raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə məlumatlarlar yalandırbackend

MN: “Polonez” və “LORA” raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə məlumatlarlar yalandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə nazirlikdən vurğulanıb.