MN rəsmisi: “Hazırda sərhəddə vəziyyət gərgindir”backend

MN rəsmisi: “Hazırda sərhəddə vəziyyət gərgindir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrdə erməni təxribatları bu gün daha da intensivləşib”.

“Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, qəfil hərbi əməliyyatlara başlanılıb: “Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur”.

O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət ələ keçirilib: “Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır”.