Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Nikol Paşinyanın kapitulyasiya aktına imza atmaq planları barədə xəbərsiz olduğunu bildirib.
Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Mnatsakanyan bu etirafını Xarici İşlər Nazirliyinin rəhbərliyinin iclasında çıxışı zamanı edib.
Görüşdə olanlar Mnatsakanyanın bəyanatından riqqətə gəliblər və onun dediklərinə inanmadıqlarını bildiriblər.
Onun müavinlərindən biri iclası tərk edərək, bu teatrda iştirak etməyəcəyini söyləyib.

