Moda ikonu Vivienne Westwood 81 yaşında Londonda vəfat edib. Editor.az xarici mediaya istinadla xəbər verir ki, sahibi olduğu moda evindən verilən açıqlamada onun ailə üzvləri ilə barışıq içində öldüyü bildirilib. Westwood, 1970-ci illərdə androqin dizaynları, şüar köynəkləri və tənqidi münasibəti ilə moda səhnəsinin görkəmli simalarından biri idi. Westwood xüsusilə punk mədəniyyətinin yaranmasında mühüm rol oynamışdır.
Onun dizaynlarını bir çox məşhur adlar, o cümlədən punk rok janrının simvolu olan Sex Pistols qrupu geyinib. Westwood həm də aktivist şəxsiyyəti ilə tanınır. Moda ikonası 2020-ci ildə Belmarş həbsxanasında məhbus olan Wikileaks-in qurucusu Culian Assancın ABŞ-a ekstradisiyasının qarşısını almaq üçün Londonda nəhəng quş qəfəsi ilə aksiya təşkil edib.
//Gülnarə Abasova, Editor.az

