Model evində ölü tapıldı – FOTObackend

Model evində ölü tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bodrumda yaşayan 51 yaşlı keçmiş model Firdevs Alkan evində ölü tapılıb.

“Ölkə.Az” “haber7”yə istinadən xəbər verir ki, Alkanın ölümü ilə bağlı şübhəli sayılan istintaq davam edir. Hadisə bugün  səhər saatlaırnda baş verib.

İddiaya görə, gecə saatlarında dostları ilə çöldə içki içdikdən sonra evə gələn Firdevs Alkan yatmaq üçün divanda uzanıb. Firdevs Alkanın ona cavab vermədiyini və hərəkətsiz olduğunu görən həyat yoldaşı bu barədə həkimə və polisə xəbər verib. Hadisə yerində müayinə aparan həkimlər onun həyatını itirdiyini müəyyən edib.

Alkanın ölümünün şübhəli olması ilə bağlı polis evdə araşdırma aparıb.

Prokurorluq Firdevs Alkanın  ölüm səbəbinin müəyyən edilməsi üçün cəsədi Muğla Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb. Digər tərəfdən Alkanın içki içdikdən sonra sakitləşdirici dərman qəbul etdiyi iddia edilib. Faktla bağlı istintaq hələ də davam edir.

295128