Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldıbackend

Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Miss Azərbaycan-2017″nın qalibi, model Razi Əliyevanı döyən Ziya Hüseynzadə işdən çıxarılıb.

Editor.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə bloqer Aysel Şükür paylaşım edib.

Paylaşımda bildirilir ki, “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin direktoru Ziya Hüseynzadə təsisçilərin etimadını itirdiyi üçün onunla əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib.

Qeyd olunub ki, hazırda Ziya Hüseynzadənin “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin adından çıxış etməyə heç bir səlahiyyəti yoxdur.

Hazırda Z.Hüseynzadə barəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsinə uyğun olaraq, onun əməllərinə qiymət veriləcək və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.