Model xalasının tablosunu 1 milyona satır – FOTOLARbackend

Model xalasının tablosunu 1 milyona satır – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Model Kara Delevin böyük xalası Cessi Doris Delevinin tablosunu satır.

Editor.az axşam.az-a istinadən bildirir ki, rəssam Con Laveri əsəri 1938-ci ildə çəkib. “Vikontes Castlerosse” adlı tablo Kristis hərrac evində alıclara təklif olunacaq. Onun 600 min funt-sterlinq (1 milyon394 min manata) satılacağı deyilir.

Tabloda qadın Karanın böyük xalası Cessi Doris təsvir edilib. XX əsrdə yaşayan Doris gözəlliyi və lüks həyat tərzi ilə hər zaman diqqət mərkəzində olub. O, Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillə eşq yaşayıb.