“Möhtəşəm qələbəmizin  dəyərini aşağı salmaq istəyənlər ədalətsiz mövqe tuturlar”-Çingiz Qənizadəbackend

“Möhtəşəm qələbəmizin dəyərini aşağı salmaq istəyənlər ədalətsiz mövqe tuturlar”-Çingiz Qənizadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Azərbaycan xalqının  30 ildən sonra əldə etdiyi böyük bir qələbəni mənfi istiqamətdə müzakirə predmentinə çevirənlər azərbaycanlı deyillər. 44 günlük zəfəri gözdən salmaq istəyənlər Ermənistan dövləti və onun yanında olan digər dövlətlərin tapşırığı ilə hərəkətə keçirlər’’

Bu sözləri Editor.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,  hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə bildirib ki, 10 milyon xalqın sevinc gözyaşlarına səbəb olan  azadlıq qələbəsinə pərdə salmaq cəhdləri kiçik bir qrupun mövqeyidir: “Bu insanlar  öz  şəxsi maraqları naminə qərəzli mövqe nümayiş etdirirlər.  Lakin möhtərəm Prezidentimizin rəhbərliyi altında  Azərbaycan ordusunun reallaşdırdığı hərbi əməliyyatlar hələ uzun illər dünya ölkələrin hərbi quruculuq sahəsində müzakirəyə səbəb olacaq və bir çox ölkələr üçün nümunə sayılacaq.  ATƏT-in Minsk qrupu 28 ildir ki, status-kvonu saxlamaq, torpaqlarımızı işğal altında qalmasına şərait yaratmaq  üçün əllərindən gələni edirdilər.  Bu müddətdə  vasitəçilik missiyasına zidd və qanunsuz addımlar ataraq təcavüzkar ölkəni dəstəkdilər. Cənab Prezidentimiz İlham Əliyev BMT-nin 4 qətnaməsini icrasına düzgün diplomatik siyasəti və Azərbaycan ordusunun möhtəşəm qələbəsi ilə nail oldu’’.

 

‘’Son olaraq, hazırki proseslərdə erməni  silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılmaması ilə bağlı bir sıra narahatedici məqamlar var.  Lakin bundan istifadə edərək  möhtəşəm qələbənin dəyərini aşağı salmaq istəyənlər isə səmimiyyətdən və ədalətdən  kənar mövqe nümayiş etdirirlər’’. – deyə Çingiz  Qənizadə qeyd edib.

O, əlavə edib ki, Cənab Ali Baş Komandanın uzaqgörən siyasəti  və dövlət maraqlarına xidmət edən mövqeyi  bizə daha yeni sevinclər bəxş edəcək: ‘’ Ümid edirəm ki, Xankəndində də Azərbaycan dövlət strukturları tezliklə  fəaliyyət göstərməyə başlayacaq’’.

Gülnarə Abasova, Editor.az