Moldova artıq Rusiyadan asılı olmadığını bəyan etdibackend

Moldova artıq Rusiyadan asılı olmadığını bəyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova artıq Rusiyadan asılı deyil və ölkə Rusiya qazı və elektriki olmadan da rahat yaşaya bilər.

Editor.az bildirir ki, bunu baş nazir Dorin Recan deyib. Onun sözlərinə görə, Moldova hakimiyyətinin “yaşıl enerjiyə keçidlə bağlı çox iddialı planı” var ki, bu da “rəqabətli iqtisadiyyata, investisiya mühitinə” daxil olmağa imkan verəcək: “Biz yaşaya bilərik, Rusiyadan qaz və elektrik enerjisi almadan da sülh şəraitində yaşamağa davam edə bilərik.

Bu, təbii ki, daha yüksək qiymətlər deməkdir və cəmiyyətin həssas təbəqələri və rəqabətdən əziyyət çəkən biznes üçün qayğı göstərilməlidir. Biznesin uyğunlaşdığı müddətdə biz müəyyən dövr üçün kompensasiya vasitələri tapmalıyıq”, – deyə Reçan TVR kanalında bildirib. Qeyd edək ki, 2022-ci ilin aprelində Moldova prezidenti Maya Sandu demişdi ki, alternative mənbəllər olmadığı üçün ölkə Rusiyadan qaz tədarükündən imtina edə bilməyəcək.

İyun ayında o, Rusiyanın qazdan Moldovanın Avropa Birliyinə daxil olmasının qarşısını almaq üçün istifadə edə biləcəyini söyləmişdi. Moldovanın baş nazirinin müavini, infrastruktur naziri Andrey Spinu “Qazprom”la müqavilənin şərtlərinə yenidən baxmaq istəyini bildirmişdi. Mart ayından etibarən Moldova üçün Rusiya qazının qiyməti 42 dollar ucuzlaşaraq 1012 dollar olacaq.

  //Samir Qurbanov, Editor.az