Moldova hakimiyyəti ölkənin hazırda nəzarət etmədiyi Dnestr çayının sol sahili ərazisi olmadan Avropa İttifaqına daxil olması variantını nəzərdən keçirir.
Editor.az bildirir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin “NewsMaker”ə şərhində deyilir. Nazirlik vurğulayıb ki, Dnestr çayının sol sahili Moldovanın ayrılmaz hissəsidir və Kişinyov Aİ-yə reinteqrasiya edilmiş ölkə kimi daxil olmaq üçün Dnestryanı münaqişənin sülh yolu ilə həllinə çalışmalıdır.
“Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin dediyi kimi, Kişinyovun qanuni hakimiyyətinin nəzarəti altında olan ərazi hissəsi, münaqişənin sülh yolu həlli şərti ilə Aİ-yə qoşula bilər”, – departament əlavə edib.
//Samir Qurbanov, Editor.az

