Moldova Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşları üçün sərhədlərini açırbackend

Moldova Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşları üçün sərhədlərini açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova təxminən yarım illik fasilədən sonra Azərbaycan da daxil olmaqla koronavirusla bağlı nisbətən əlverişli vəziyyətin hökm sürdüyü ölkələrin vətəndaşları üçün sərhədlərini açır.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu qərarı Moldovanın Milli İctimai Sağlamlıq Komissiyası qəbul edib.

Bununla yanaşı, Moldova Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən adları “qırmızı zona”ya aid edilən (COVID-19-la bağlı epidemioloji vəziyyətin əlverişsiz olduğu) dövlətlərin siyahısına daxil edilən ölkələrin vətəndaşlarının gəlişinə qadağa qüvvədə qalır.

Hazırda bu siyahıya 53 dövlət, o cümlədən qonşu Rumıniya və Ukrayna, həmçinin Ermənistan, İsrail, İspaniya, Qazaxıstan, Fransa və digərləri daxildir. Bu halda Moldova vətəndaşlarının qohumu olan və ya respublika ərazisində daimi və ya müvəqqəti yaşamaq, ölkədə işləmək və təhsil almaq hüququna malik əcnəbilər, diplomatik korpusun nümayəndələri və onların ailə üzvləri, həmçinin tranzit sərnişinlər üçün istisnalar edilir.