Moldova hakimiyyəti siyasi müstəqilliyini itirib – FSB direktoru Aleksandr Bortnikovbackend

Moldova hakimiyyəti siyasi müstəqilliyini itirib – FSB direktoru Aleksandr Bortnikov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Moldovanı Rusiya və Belarusla hərbi qarşıdurmaya “sürükləyir”.

Editor.az bildirir ki, bu sözləri FSB direktoru Aleksandr Bortnikov deyib. Onun fikrincə, Moldova hakimiyyəti siyasi müstəqilliyini itirib: “Biz Moldova timsalında kənar idarəetmə vasitələrinin necə işlədiyini görürük.

Moldova hakimiyyəti faktiki olaraq siyasi müstəqilliyini itirib. Üstəlik, bu gün Kişinyov milli kimlikdən və bütövlükdə dövlətçilikdən imtina etmək məsələsi ilə üz-üzədir”, – deyə FSB direktoru MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Şurasının Bişkekdə keçirilən iclasında bildirib. Aleksandr Bortnikov əlavə edib ki, ABŞ, Böyük Britaniya və onların NATO üzrə müttəfiqləri “hibrid müharibənin bütün arsenalından istifadə edirlər” və bu səbəbdən MDB-də vəziyyət gərgin olaraq qalır.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı ölkələri birlik ərazisində hücum əməliyyatlarını xeyli artırıb.

//Samir Qurbanov, Editor.az