Moldova hava məkanını bağlayıbbackend

Moldova hava məkanını bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova təhlükəsizlik səbəbi ilə hava məkanını müvəqqəti bağlayıb.

Yerli KİV bu barədə “Air Moldova”ya istinadən xəbər verib.

“Hörmətli sərnişinlər, hazırda Moldova Respublikasının hava məkanı bağlıdır, biz uçuşların bərpasını gözləyirik”, – “Air Moldova”nın məlumatında qeyd olunur.

Sosial şəbəkələrdə yayılan məlumata görə isə qadağaya səbəb Moldovanın hava məkanına daxil olan Rusiyanın kəşfiyyat pilotsuz təyyarəsi olub.

Lakin Moldova tərəfi hələlik bunu rəsmi təsdiq etməyib.