Moldova minatəmizləmə əməliyyatlarında Azərbaycana dəstək vermək niyyətindədir – Nazirbackend

Moldova minatəmizləmə əməliyyatlarında Azərbaycana dəstək vermək niyyətindədir – Nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar Azərbaycana dəstək vermək niyyətini ifadə edib.

Editor.az  Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri ilə bağlı ən böyük təhlükə minalardır. “Bu barədə hörmətli həmkarıma məlumat verdim və cənab nazir bu istiqamətdə Azərbaycana dəstək göstərmək istəklərini ifadə etdi”, – deyə nazir bildirib.