Moldova prezidenti Rusiyanı Moldovada çevriliş etmək cəhdində ittiham etdibackend

Moldova prezidenti Rusiyanı Moldovada çevriliş etmək cəhdində ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova prezidenti Maya Sandu Parisdə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib ki, Rusiya enerji şantajı, dezinformasiya, etirazlara sponsorluq və seçkilərə müdaxilə etməklə, eləcə dövlət çevrilişi cəhdləri ilə Moldovanı idarə etməyə çalışır.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər yayıb. Parisdə keçirilən görüşdə Moldova və Fransa prezidentləri müdafiə və əməkdaşlıq üzrə ikitərəfli saziş imzalayıblar. “Təcavüzkarın qarşısı alınmasa, davam edəcək və cəbhə xətti getdikcə bizə yaxınlaşacaq.

Ona görə də Avropa vahid cəbhə ortaya qoymalıdır. Təcavüz güclü qüvvə tərəfindən dəf edilməlidir”, – deyə xanım Sandu sənədi imzaladıqdan sonra bildirib. AFP xəbər verir ki, Makron da öz növbəsində Fransanın Moldovaya “sarsılmaz dəstəyini” açıqlayıb.

//Samir Qurbanov, Editor.az