Moldova Respublikasının prezidenti Azərbaycana səfərə gəlibbackend

Moldova Respublikasının prezidenti Azərbaycana səfərə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Respublikasının Prezidenti xanım Maya Sandu noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və digər rəsmi şəxslər qarşılayıblar.