Moldova sərhədini xarici hərbçilər qoruyacaqlar – Onlara güllə atmağa icazə verilibbackend

Moldova sərhədini xarici hərbçilər qoruyacaqlar – Onlara güllə atmağa icazə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın Baş naziri Natalya Qavrilina, xarici işlər naziri Anna Revenko və ədliyyə naziri Sergey Litvinenko qanun layihəsi imzalayıblar. 

Sənədlə Moldova dövlət sərhədində xarici zabitlərin yerləşdirilməsinə və onların silah və fiziki güc işlətməsinə icazə verilir. Beləliklə, Kişinyov ilk növbədə, Ukrayna sektorunu möhkəmlətməyi planlayır.

«Sazişin müddəalarına uyğun olaraq, birgə əməliyyat koordinə olunmuş və ya FRONTEX tərəfindən təşkil olunmuş Moldova Respublikasının milli hakimiyyətini dəstəkləmək üçün məsuliyyətli sərhəd nəzarətini nəzərdə tutur. O, qeyri-leqal immiqrasiya, sərhəddə hazırkı və ya gələcək təhdidlər və ya transsərhəd cinayətkarlıq kimi problemlərin həllinə yönəlib. Birgə əməliyyat dövründə onların yerləşməsi üçün lazımi şərait yaradılır» – sənəddə deyilir. O, bu həftə parlamentə təqdim olunacaq.

Hökumətdə qeyd ediblər ki, bu qanunun reallaşdırılması büdcə assiqnasiyası çərçivəsində həyata keiriləcək.