Moldova Ukraynadan taxıl tədarükünə məhdudiyyətləri genişləndirirbackend

Moldova Ukraynadan taxıl tədarükünə məhdudiyyətləri genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova hökuməti daxili bazarı dəstəkləmək üçün Ukraynadan taxıl tədarükünə məhdudlaşdırıcı tədbirləri iyun ayına qədər uzatmaq qərarına gəlib.

Editor.az bu barədə TASS-a istinadla xəbər verir. “Buğda, qarğıdalı və günəbaxan toxumlarının icazə lisenziyası ilə idxalı davam edəcək. Açıqlamada daxili bazarda qiymət sabitliyini təmin etmək məqsədilə bu tədbirin 3 ay müddətinə uzadıldığı bildirilib. Məhdudiyyətlər 2023-cü ilin oktyabrında moldovalı fermerlərin etirazları zamanı tətbiq edilib. Fermerlər Şərqi Avropa ölkələrinin əvvəllər etdiyi kimi, Ukrayna taxılının ölkəyə idxalına qadağa qoyulmasını tələb ediblər.

Ötən həftə məlum olub ki, Avropa Komissiyası Rusiya və Belarusdan taxıla görə gömrük rüsumlarını artırmağı planlaşdırır.

//Gülnarə Abasova, Editor.az