Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum keçiriləcəkbackend

Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabr ayında Moldova Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirəcək.

Editor.az bildirir ki, bunu ölkə prezidenti Maya Sandu deyib. Kişinyovda keçirdiyi mətbuat konfransında o, Moldova parlamentindən prezident seçkiləri ilə eyni gündə keçirilməli olan konstitusiya plebisit proseduruna başlamağı xahiş etdiyini bildirib.

“Moldova vətəndaşlarının əksəriyyəti üçün Aİ sülh və firavanlıq layihəsidir, Rusiya isə Moldovada vəziyyəti sabitliyi pozmağa çalışır. Biz bu hücumların və təxribatların davam edəcəyini gözləyirik.

Lakin mən vətəndaşları qorxutmamağa çağırıram. Aİ üçün referendumun keçirilməsini dəstəkləmək lazımdır, çünki Aİ sülhü təmin edə biləcək yeganə seçimdir”, – Sandu əlavə edib.

//Samir Qurbanov, Editor.az