Moldova parlamenti növbəti prezident seçkilərinin tarixini Avropa İttifaqına üzvlüklə bağlı referendumun keçiriləcəyi oktyabrın 20-nə təyin edib.
Editor.az bildirir ki, bu qərarı hakim “Fəaliyyət və Həmrəylik Partiyası”ndan olan deputatlar iclas zamanı qəbul ediblər: “Prezident seçkiləri… 2024-cü il oktyabrın 20-nə təyin edilib. Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir”, – deyə sənəddə qeyd olunur.
Bundan əvvəl Moldova hökuməti Rusiya Federasiyasına səfər edən müxalifətçiləri satqın adlandırmışdı. Ölkənin müxalifət qüvvələri də Moskvada keçirilən forumda “Qələbə” siyasi blokunun yaradıldığını bəyan ediblər.
//Samir Qurbanov, Editor.az

