Moldovada ölkənin Şimali Atlantika Alyansına daxil olmasına etirazlar artır.
Editor.az bu barədə Moldovanın Date Inteligente şirkətinin sorğusunun məlumatlarına əsasən xəbər verir. Sorğunun nəticələrinə görə, iştirakçıların 58,9 faizi Moldovanın NATO-ya daxil olmasının əleyhinə olub, 28,8 faizi müsbət, 12,3 faizi isə cavab verməkdən imtina edib və ya cavab verməkdə çətinlik çəkib. Tədqiqat avqustun 19-dan 25-dək aparılıb və 1004 iştirakçını əhatə edib. Sorğunun səhv marjası 3%-dir. Bu ilin mart ayında Date Inteligente analoji sorğu keçirib.
Respondentlərin 56%-i Kişinyovun Şimali Atlantika Alyansına qoşulmasına qarşı çıxıb, 31,3%-i NATO-ya qoşulmağı dəstəkləyib, 12,7%-i isə cavab verməyib.
//Gülnarə Abasova, Editor.az