Moldovada seçkilər: Prezident yarışının ikinci turu olacaq, ölkə Aİ üzvlüyünə “hə” deyirbackend

Moldovada seçkilər: Prezident yarışının ikinci turu olacaq, ölkə Aİ üzvlüyünə “hə” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 20-də Moldovada prezident seçkiləri, eləcə də ölkənin Aİ daxil olması ilə bağlı referendum keçirilib.

Hazırkı prezidenti Maya Sandu deyib ki, seçkilər kənardan “görünməmiş” müdaxilə ilə üzləşib.

Belə ki, bülletenlərin 98%-nin işlənməsinin nəticələrinə görə, Maia Sandu 41,86% səslə birinci turda liderdir. Onun rəqibi, rusiyayönlü namizəd Aleksandr Stoyanoqlo 26,32% səs toplayıb.

Üçüncü yerdə Renato Usatii qərarlaşıb – 13,78%. Hazırkı nəticələri nəzərə alsaq, heç kim səslərin yarıdan çoxunu toplaya bilmədiyi üçün prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçkilər noyabrın 3-nə planlaşdırılıb, burada Sandu və Stoyanoqlo üz-üzə gələcəklər.
Aİ-yə daxil olmaq üzrə referendumun nəticələrinə görə isə vətəndaşların fikirləri bərabər bölünüb – 50,10% əleyhinə, 49,90% isə lehinə səs verib.

Hazırda bülletenlərin 98%-i işlənib. Eyni zamanda, analitiklər hesab edirlər ki, müsbət cavab hələ də üstünlük təşkil edə bilər, çünki Aİ-nin lehinə olan diaspor nümayəndələrinin səsləri hələ tam hesablanmayıb.

//Samir Qurbanov, Editor.az