“Moldovan dilini” “rumın dili” ilə əvəz etdilər, parlamentdə dava düşdübackend

“Moldovan dilini” “rumın dili” ilə əvəz etdilər, parlamentdə dava düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova parlamentində Moldova dilinin adının rumın dilinə dəyişdirilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı əlbəyaxa dava olub.

Müxalif kommunistlər və sosialistlər blokunun (BCS) deputatları bu təşəbbüsə qarşı çıxıblar.

Editor.az “Realitatea” tərəfindən yerləşdirilən videodan göründüyü kimi, sosialist blokunun üzvləri “Konstitusiyaya lağ etməyin”, “Moldova, Moldovalılar, Moldova dili” sözləri yazılmış plakatlarla tribunaya çıxıblar.

Hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (FHP) onların qarşısını almağa çalışarkən deputatlar arasında əlbəyaxa dava düşüb. Bir qədər sonra parlamentin spikeri İqor Qrosu qanun layihəsinin birinci oxunuşda təsdiqləndiyini açıqlayıb. 101 deputatdan 56-sı yeni qanunu dəstəkləyib. Qanun layihəsinə əsasən, “Moldova dili” sözləri “rumın dili” ilə əvəz edilib. Moldovaya gəldikdə isə “dövlət dili”, “rəsmi dil”, “ana dili” sözləri “rumın dili” ilə əvəz olunur.

Qanun layihəsini parlamentdə 63 yerə malik FHP təklif edib. Qeyd edək ki, 2013-cü ildə Konstitusiya Məhkəməsi rumın dilinin ölkədə dövlət dili olması barədə qərar qəbul edib. Eyni zamanda, Moldova Konstitusiyasına əsasən, ölkədə dövlət dili latın əlifbasına əsaslanan Moldova dilidir, bu variant rumın dilinə bənzəyir. Moldova məktəb və universitetlərində rumın dili, kiril əlifbasına əsaslanan Moldova dili isə yalnız tanınmamış Dnestryanı bölgədə tədris olunur.

  //Samir Qurbanov, Editor.az