Fransa Müdafiə Nazirliyinin Kişinyovdakı daimi nümayəndəliyini hərbi attaşelər təmsil edəcək.
Editor.az bildirir ki, bunu Moldovanın müdafiə naziri Anatoli Nosatii deyib. Onun sözlərinə görə, attaşenin namizədliyi artıq təsdiqlənib – bu, qadın polkovnik-leytenantdır, o, Fransanın Rumıniyanın paytaxtı Buxarestdəki səfirliyindən Kişinyova köçəcək.
“Demək istəyirəm ki, bütün tədbirlər (hərbi əməkdaşlıqla bağlı bizim hərbçilərimizin xaricdə, Fransa hərbçilərinin isə ölkəmizdə olması ilə bağlı olacaq, lakin bu, keçiriləcək tədbirlərin müddəti ilə məhdudlaşacaq. Bu mövcudluq Moldova qanunvericiliyini pozmayacaq və onun neytral statusuna zidd olmayacaq”, – deyə Nosaty PRO TV-yə müsahibəsində bildirib.
//Samir Qurbanov, Editor.az

