Molla rejimi hər an VİRAN QALA BİLƏR – Bakı və Ankaradan İrana MESAJbackend

Molla rejimi hər an VİRAN QALA BİLƏR – Bakı və Ankaradan İrana MESAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı ilə Ankara arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi bu gündən etibarən start götürüb. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən Araz vadisi boyu İranla sərhəddi əhatə edən bu təlimlər molla rejiminin həmin istiqamətdəki son təhdidlərinə qarşı cavab xarakteri daşıyır. 

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqları icra edirlər.

Türkiyə və Azərbaycan hərbiçilərinin bu birgə təliminin əsas mahiyyəti və məqsədinin nədən ibarət olduğu ilə bağlı hərbi ekspertlərin fikirlərini öyrəndik. İlk olaraq hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu  açıqlamasında bunları deyib:

“Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Türkiyə-Azərbaycan birgə təlimləri döyüş hazırlığı planına əsasən keçirilsə də, təbii ki, burada mütləq bir sıra siyasi mesajlar da var. Biz bilirik ki, İran Araz vadisi boyunca bir sıra təlimlər keçirdi. Bu, həm də Azərbaycan üçün bir təhdid mesajı olaraq qiymətləndirildi. Buna müvafiq olaraq da təbii ki, Azərbaycan da gərəkli tədbirlər görmək adına ordu quruculuğunun inkişaf etdirilməsi və bölmələrin Türkiyə Silahlı Qüvvələri bölmələri ilə qarşıllıqlı əlaqəsinin daha da gücləndirilməsi əsaslı bir sıra təlimlər keçirmək məcburiyyətindədir. Bu cür təlimlər yalnız və yalnız silahlı qüvvələrimizin inkişafına dair ciddi bir yolu qət etməsinə şərait yaradacaqdır”.

Hərbi ekspert Ədalət Verdiyev isə açıqlamasında bildirib ki, molla rejimi unutmamalıdır ki, istənilən an çox ciddi şəkildə cəzalandırıla bilər:

“Bu təlimlər birmənalı olaraq Azərbaycana qarşı yönəlmiş qüvvələrə, o cümlədən də İranın yaxın keçmişdə Azərbaycan sərhəddləri yaxınlığında keçirdiyi təlimlərə təsirli və tutarlı cavabdır. Biz qarşı tərəfə təlimin nə olduğunu həm də anlatmağa çalışdıq. Burada qrup şəklində aviasiya uçuşları, mühəndis qoşunlarının körpüləri və digər su maneələri aşmaq üçün qurğulardan istifadəsi, minalanmış sahələrin keçidi, müxtəlif silah sistemlərinin, özüyeriyən artileriya qurğularının, reaktiv sistemlərin, tırtıllı-təkərli artilleriya qurğularından atəş tapşırıqlarının yerinə yetirilməsi, tank əleyhinə idarə olunan raket komplekslərinin özüyeriyən versiyası olan xrizantemaların tətbiqi və s. kimi çox sayda müxtəlif elementlərlə Türkiyə və Azərbaycan Ordusunun imkanlarını ilk dəfə olaraq İmişli, Astara və Cəbrayıl istiqamətində birgə təlimlər təşkil etməklə qarşı tərəfə nümayiş etdirdik.

Hesab edirəm ki, bu təlimlər İrandakı mövcud molla rejiminə hadisələri və Azərbaycan-Türkiyə birliyinin real döyüş potensialını daha doğru-dürüst şəkildə təsəvvür etməsinə bir fürsətdir. Onlar Azərbaycan sərhədlərinin yaxınlığında əzələ nümayişindən çəkinməlidirlər. Nəzərə almalıdırlar ki, Azərbaycan və Türkiyə orduları artıq inteqrasiya olunub və İran ərazisində yaşayan 40 milyondan artıq azərbaycanlılar da bu davranışlara görə molla rejimini çox ciddi şəkildə cəzalandıra bilər. Bunu unutmamalıdırlar!”.

Milli.az