İranda baş verən hadisələr dünyanın diqqət mərkəzində qalmaqdadır. Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” bu hadisələrlə bağlı maraqlı bir məsələyə toxunub. Söhbət bütün dünyada geniş yayılan “beşinci kolon”dan gedir. Bəlli olduğu kimi, molla rejimi İranda sentyabr ayından bəri davam edən etirazların qarşısını almaq kursunu götürüb. Və araşdırmalardan sonra ali liderin bacısı qızını həbs edib. Fəridə Muradxani beynəlxalq ictimaiyyəti müxalifətlə həmrəy olaraq İslam Respublikasını təcrid etməyə çağırdığına görə hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlinə keçib. İndi də Fəridə Muradxani “beşinci kolon”un ilhamverici hesab edilib.
Rəhbərin bacısı qızının həbsi barədə Qərb mediası onun qardaşı Mahmud Muradxaniyə istinadən xəbər yayıb. O bildirib ki, fəal məhkəmənin qərarı ilə İran prokurorluğuna gələrkən hüquq-mühafizə orqanlarına təhvil verilib. Səbəb sosial şəbəkələrdə yayımlanan videoda Fəridə Muradxaninin beynəlxalq ictimaiyyətin iranlı nümayişçilərlə həmrəy olaraq İslam Respublikası ilə əlaqələri kəsmək öhdəliyindən danışması olub.
Sentyabr ayından ölkədə davam edən üsyanlar hicab geyinmə qaydalarının yumşaldılmasına dair dar tələblər səviyyəsini çoxdan aşıb, dövlət quruluşuna etiraza çevrilib. Mürəkkəbləşdirən amil Qərbin Tehranı tənqid etməsi, onu güc tətbiq etməkdə ittiham etməsidir. Belə ki, Almaniya İranda insan haqlarının pozulması hallarının araşdırılması üçün müstəqil və qərəzsiz BMT mexanizminin formalaşdırılmasının tərəfdarı olub.
Küçə etirazları ətrafındakı vəziyyət “müqavimət oxu”nun üzvlərini – Tehranın xaricdəki müttəfiqlər şəbəkəsini də narahat edir. Qəzzada yerləşən radikal Fələstin İslami Cihad (PJI) qrupundakı Al-Monitor mənbəsi bildirib ki, hərəkat rəhbərliyi “İran daxilində həyəcanlı və artan etirazları böyük narahatlıqla izləyir”. Onun sözlərinə görə, bunun “gələcəkdə hərəkata dəstək”ə təsir edəcəyi ilə bağlı qorxular var.
Milli.az


.jpg)