Molla rejimi tələbə qızları hicab dərslərinə məcbur edirbackend

Molla rejimi tələbə qızları hicab dərslərinə məcbur edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda onlarla qadın tələbə hicab qanununa “düzgün” əməl etmədiyinə görə “məcburi konsultasiya sessiyalarında” iştiraka məcbur edilir.

Məlumatı İranın akademik qrupu yayıb. İran Tələbələri Birliyi Şurası bildirir ki, Şiraz Universitetində tələbələrə göndərilən bildirişdə “hicabın çıxarılması və düzgün tələbə geyimində olmamaq” “pozuntu” kimi qeyd olunur. Tələbələrin məcburi konsultasiya üçün universitet rəhbərliyi ilə əlaqə saxlaması istənilir. Şura digər universitetlərdə oxşar addım atıldığını bildirib. Tehrandakı Soore Universitetində qadın tələbələr qrupuna göndərilmiş mesajda onları “məcburi mədəniyyət düşərgəsi”ndə iştiraka dəvət edirlər. Son həftələr etirazçı tələbələri dəstəklədiyinə görə bəzi universitet professorlarının işdən çıxarılması xəbərləri gəlib.

İranda universitetlər və tələbələr uzun müddət daha böyük sosial və siyasi azadlıqlar uğrunda mübarizənin önündə gediblər. 1999-cu ildə tələbələr islahatçı qəzetin bağlanmasına etiraz ediblər. Tehran Universitetinin yataqxanalarına zorakı reydlər zamanı bir tələbə öldürülüb.

HRANA xəbər agentliyinin məlumatına görə, yanvarın 26-dək ən azı 700 universitet tələbəsi həbs olunub.

İran Fəhlələrinin Azad Birliyinin məlumatına görəsə, İsfahan Polad Şirkətinin bir neçə fəhləsi həbs olunub. Onlar sənaye kompleksinin ərazisində özlərinin iş şəraitinə etiraz yürüşlərində saxlanıblar.

Milli.Az

5 ilədək dəyişməz 1