Molla rejimindən ermənilərə növbəti hədiyyə – Raket kompleksləri…backend

Molla rejimindən ermənilərə növbəti hədiyyə – Raket kompleksləri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fars molla rejiminin Ermənistanla hərbi əməkdaşlığını sübut edən növbəti sensasion xəbər yayılıb. Bəlli olduğu kimi, mətbuat səhifələrində neçə günlərdir ki, Qarabağa səfər edən İran vətəndaşları barədə məlumatlar yayılır. İndi bəlli olur ki, onların səfərinin məqsədi nə olub. Və bu xəbər İranın Azərbaycana qarşı daha bir məkrli planını üzə çıxarıb.

Məlumata görə, İran vətəndaşlarının Qarabağa gəlişindən təxminən bir ay əvvəl Tehran hökuməti gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Özü də, bu silah –  500 ədəd  “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi Ermənistana İran tərəfindən əvəzsiz verilib.

Xatırladaq ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında  hazırlanıb. Bu silahlar İraqda döyüşlərdə sınaqdan keçirilmiş “Almas”la “Dehjlaviyeh” İsrailin “Merkava” və ABŞ-ın “Abrams” tanklarını “rahatlıqla” məhv etməyə qadirdir.

İranın indiyə qədər vətəndaşlarının Qarabağa necə getdiyi barədə rəsmi Bakının müraciətlərinə də cavab verməyib. Onların hələ bəlli olan sayı 27-dir. İki dəstənin keçməsinin arxasında çox güman ki, məkrli planlar var. Ola bilsin, elə İran tərəfinin Qarabağa niyə getdiyinə hələ də aydınlıq gətirməməsi bununla bağlıdır. Böyük ehtimalla onlar yerli quldur dəstələrinə təlim də keçə bilərlər. Ermənistana hədiyyə olunmuş silah-sursatın bir qismi sülhməramlıların qanadı altında özünü çox rahat hiss edən separatçı-terrorçu dəstələrə ötürüldüyü çox güman ki, təsdiqini tapacaq.