“Mono Liza” rəsminə tortla hücumbackend

“Mono Liza” rəsminə tortla hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Dünyanın ən məşhur muzeyi olan Parisin Luvr muzeyində Leonardo da Vinçinin “Mono Liza” əsərinə bir qadın tort ataraq hücum edib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, adı açıqlanmayan qadın hətta rəsm əsərinə yaxınlaşan zaman əlil arabasında olub. İlkin məlumata görə, o, iqlim dəyişkiliyinə etiraz edən aktivist olub.

“Yer kürəsini düşünün. Yer kürəsinə zərər verən insanlar var. Onları düşünün”,-deyə qadın tortu rəsmə tərəf atmamışdan qabaq bu sözləri deyib.

Rəsm əsərinə hər hansısa bir ziyan dəyməyib. Etirazçı qadın muzeyin ərazisindən uzaqlaşdırılıb.

//Nəzərbəy Hacıağayev, Editor.az