Rusiya prezidenti Vladimir Putinin sentyabrın əvvəlində Monqolustan səfərinə görə heç bir ölkə BMT-də Monqolustana təzyiq etməyə cəhd etməyib.
Editor.az TASS-a istinadla xəbər verir ki, bunu Monqolustan prezidentinin müşaviri Erdenetsogtyn Odbyaar deyib. Onun sözlərinə görə, BMT-nin Monqolustana münasibəti dəyişməyib. “Heç bir dövlət bəzi media və sosial şəbəkələrdə yazıldığı kimi bizə hər hansı şəkildə təzyiq göstərməyə, etimadsızlıq göstərməyə, əlaqələri görməməzliyə vurmağa və ya azaltmağa cəhd etməyib”, – Odbäar deyib.
Qeyd edək ki, Vladimir Putin sentyabrın əvvəlində Monqolustana rəsmi səfər edib.
//Gülnarə Abasova, Editor.az