Dekabrın 5-də Monqolustanın paytaxtı Ulan-Batorda kömür oğurluğuna görə keçirilən aksiya zamanı etirazçılar Parlament binasına soxulublar.
Editor.az bildirir ki, bu barədə Monqolustan xəbər agentliyi “Sonin” və Telegram kanalı “Baza” məlumat yayıb. Məlumata görə, aksiya zamanı etirazçılar parlament binasına daxil olublar. Dövlət Sarayının mühafizə dəstəsinin 4 üzvünün başları kəsilib. Dava nəticəsində ən azı bir neçə nəfər xəsarət alıb.
Ulan-Batorda etirazların artıq üçüncü günüdür. Onlar bu etirazlara kömür oğurluğu xəbərlərindən sonra başlayıblar. KİV-in məlumatına görə, söhbət 60 trilyon tugrik (1,8 milyard ABŞ dolları) dəyərində 6,5 milyon ton kömürdən gedir. Nümayişçilər qanunsuz olaraq kömür ixrac edənlərin adlarının açıqlanmasını və mühakimə olunmasını tələb edirlər.
//Samir Qurbanov, Editor.az