Türkiyə hərbi gəmilərin İstanbul və Çanaqqala boğazlarından keçməsini tənzimləyən Montrö Konvensiyasının müddəalarına tam əməl etməyə davam etmək niyyətindədir.
Editor.az bildirir ki, bunu ölkənin xarici işlər naziri Hakan Fidan bolqarıstanlı həmkarı Mariya Qabriel ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. “Biz Montrö Konvensiyasının müddəalarını tam şəkildə yerinə yetirməyə davam edəcəyik.
Belə bir ehtimalı müzakirə etmək bir yana, bunun əksini düşünməkdən belə söhbət gedə bilməz”, – Fidan deyib. Yanvarın 23-də Pentaqonun beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bildirib ki, ABŞ Türkiyə ilə hərbi gəmilərin Qara dənizə buraxılması məsələsini müzakirə etmək niyyətindədir.
Beləliklə, o, ABŞ-ın normal kommersiya daşımaları üçün əlverişli mühitə nail olmaq istədiyini söyləyib.
//Samir Qurbanov, Editor.az

